Qiyamdan sonra Putin Kremldə Priqojinlə görüşüb?..

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin uğursuz qiyamdan sonra sonra Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Fransanın Libération qəzeti Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Priqojin “Vaqner”in komandirləri ilə birlikdə iyulun 1-də Kremlə çağırılıb.

Liberation qeyd edir ki, Priqojin Putindən başqa Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov və Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinlə görüşüb.

Qeyd edək ki, Yevgeni Priqojin və “Vaqner” muzdlu ordusunun bir günlük uğursuz üsyanından sonra Kreml qiyamçıların Belarusda yerləşəcəyini elan edib.

İyunun 27-də Aleksandr Lukaşenko “Vaqner”çilərin artıq Belarusda olduğunu bəyan edib. “Belaruska Qayun” monitorinq layihəsi iki dəfə Priqojinin təyyarəsinin Minsk yaxınlığında enişi barədə məlumat verib. İyulun 6-da Lukaşenka bildirib ki,Priqojinin Belarusda deyil, Sankt-Peterburqda, ya da Moskvadadır. Bəzi Rusiya mətbu orqanları qiyamçıların liderinin Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən pul və silahları geri almaq üçün Sankt-Peterburqa qayıdırdığını yazıb.

Poliqon.info