Kadırov “Axmat” xüsusi təyinatlılarını Baxmut istiqamətinə göndərib...

Çeçenistan rəhbəri “Axmat” xüsusi təyinatlılarının Baxmut ətrafına göndərdiyini elan edib...

Poliqon xəbər verir ki, bu barədə Çeçenistan Respublikası rəhbərinin rəsmi Telegram kanalında məlumat verilib.

Ramzan Kadırovun sözlərinə görə, “Axmat” xüsusi təyinatlı dəstələri artıq Baxmut istiqamətində yerləşdirilib. Çeçenistan rəhbəri bu qərarını “çətin” adlandırıb.

Kadırov bildirib ki, “Axmat” xüsusi təyinatlılarına İkinci Ordu Korpusunun komandir müavini Apta Alaudinov rəhbərlik edir.

Poliqon.info