Ərdoğan “Azov” komandirlərini Ukraynaya yollayarkə Kremlə hası mesajı verib?..

Türkiyə prezidenti uzun müdətdir ki, Rusiyadan Zaporojets Atom Elektrik Stansiyasının MAQATE-nin nəzarətinə verilməsini tələb edirmiş...

Poliqon xəbər verir ki, Rusiya mətbuatı bunu Ərdoğanın “Azov” komandirlərini Ukraynaya təhvil verməsi ilə bağlı versiyalarından biri kimi təqdim edir.

“Образ будущего” telegram kanalının yazdığına görə Ərdoğan çoxdan Rusiya hərbiçilərinin Zaporojets AES-dən çıxmasını tələb edirmiş. Ukrayna isə Türkiyənin bu səylərini müdafiə edib.

Kanalın yazdığına görə, Ərdoğan Qrossi ilə razılaşaraq AES-in MAQATE-nin nəzarətinə verilməsini tələb edib, lakin Rusiya bundan imtina edib. Son zamanlar Zaporojets AES-in partladılması ilə bağlı söz-söhbətlərin həddindən artıq artması fonunda AES ətrafında isteriya daha da qızışıb.

Ərdoğan AES-in MAQATE-nin nəzarətinə verilməsinin müqabilində Rusiyaya ammonyak kəmərinin açılması ilə bağlı təminat verib, lakin Kreml Zaporojets AES-i öz əlində saxlamağa çalışdığı üçün Ərdoğan “Azov” komandirləri ilə bağlı qərar verib və bununla da Rusiyaya bitərəfliyini poza biləcəyi ilə bağlı mesaj verib.

Poliqon.info