NATO Vülnüs sammitində Ukraynaya geniş miqyaslı dəstək elan edəcək...

NATO Vilnüs sammitində Kiyevi dəstəkləmək üçün Alyans daxilində sazişi elan etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb. Nəşr yazır ki, Vilnüsdə keçiriləcək sammit zamanı NATO müttəfiqləri Kiyevi dəstəkləmək üçün çoxşaxıli strukturun yaradılmasını nəzərdə tutan genişmiqyaslı saziş elan etməyə hazırlaşırlar.

FT yazır ki, Britaniya, Fransa, Almaniya, ABŞ və digər müttəfiqlər böyük bir razılaşma elan etməyə hazırlaşırlar. Nəşrin mövcud mənbələrinə görə, söhbət “çoxtərəfli yardım strukturunun yaradılmaslndan gedir. Bu struktur çərçivəsində NATO müttəfiqləri Ukraynaya hərbi və maliyyə dəstəyi ilə bağlı ikitərəfli öhdəliklər götürə biləcəklər.

Qeyd edək ki, NATO sammiti iyulun 11-12-də Litvanın paytaxtında keçiriləcək və burada Şimali Atlantika blokunun bütün ölkələrinin liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden iştirak edəcək.

Poliqon.info