ABŞ İŞİD liderlərindən birinin məhv edib

ABŞ ordusu Suriyada İŞİD terrorçularının liderlərindən birinin məhv edildiyini açıqlayıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şərqində həyata keçirilib. Agentlik bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətindən daxil olan məlumata istinad edir.

İŞİD liderlərindən biri olan Usamə əl-Mücahir “MQ-9” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb. Pentaqonun bəyanatında terror qruplaşmasının liderinin özünü “bütün müsəlmanların xəlifəsi” elan etdiyi bildirilir.

Pentaqonun məlumatında Usamə əl-Mücahirin aradan götürülməsi ilə bağlı digər təfərrüatlar verilmir. Bununla belə, Pentaqon “MQ-9” PUA-sının həmin gün Suroyada Rusiya təyyarələri tərəfindən təqib edildiyini vurğulayıb.

Poliqon.info