Valeri Gerasimov Ukraynadakı qoşunların rəhbərliyindən uzaqlaşdırılıb?..

General Valeri Gerasimov Ukraynada birləşmiş qoşunlar qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılıb...

Poliqon xəbər verir ki, bu barədə Daily Mail nəşrinin məlumatında bildirilir. Nəşrin məlumatına görə, Gerasimovun yerinə general-polkovnik Mixail Teplinski təyin edilib. Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.

Qəzet yazır ki, Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində qalacaq.

Daily Mail qeyd edir ki, Gerasimovun Ukraynada birləşmiş qoşunlar qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılması “Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtmasından sonra baş verib. Qəzet onu da vurğulayır ki, Rusiya prezidenti çox güman ki, Zelenskinin “İlan” adasına səfərindən çox qəzəblənib.

Həmçinin qəzet ona da diqqət çəkir ki, Gerasimovun vəzifədən uzaqlaşdırılmasında “Vaqner” üsyanını da təsir edə bilər. Gerasimov “Vaqner üsyanından sonra ictimaiyyət qarşısına çıxmayıb. Onun müavini general Sergey Surovikinin də “Vaqner üsyanından sonra həbs edilməsi ilə bağlı Rusiya mətbuatnda təsdiqlənməyən bir çox idialar səsləndirilib. Surovikin də “Vaqner üsyanından sonra ictimaiyyət qarşında görünməyib.

Poliqon.info