Şəmkirdə qəza olub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunun Yasamal adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info