Yasamalda yol vermək üstündə kütləvi dava - Video

Yasamal rayonunda kütləvi dava edənlərin kimliyi müəyyən olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, dava edənlər sürücü olublar:

“Həmin sürücülərin şəxsiyyəti müəyyən edilib. Barələrində inzibati protokol tərtib edilib və cərimələniblər”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Əsəd Əhmədov küçəsi 41 ünvanında iki maşın qarşı-qarşı gəlib. Sürücülər bir-birindən yolu keçmək üçün şərait yaradılmasını tələb ediblər. Nəticədə mübahisə baş verib və orada dava düşüb.

Poliqon.info