Neftçinin taleyi narkomana tapşırılır?

Rumıniya mətbuatının yazdıqlarına inansaq, Adrian Mutu ən yaxın zamanda “Neftçi”nin baş məşqçisi olacaq...

Tərəflər bütün məsələlərdə razılığa gəlib. Mutu adı bir çoxlarına yaxşı tanışdır. O, yaxın keçmişin tanınan və qalmaqallı simalarından biri olub.

Bir müddət Rumıniya millisinin kapitanı və lider olub. Ancaq ölkə futbolunun əfsanəsinə çevrilməyi bacarmayıb. Sabiq forvard “İnter”, “Parma”, “Çelsi”, “Yuventus”, “Fiorentina” kimi klublardakı çıxışları ilə tanınasa da, şəxsi həyatı heç də uğurlu olmayıb.

Mutunun həyatını və karyerasını məhv edən məqam isə kokainlə bağlıdır. 2004-cü ildə götürülən test nəticəsində qanında kokain aşkarlaıb. Futbolçu və meneceri bunu inkar etməyib. Böyük ümidlərlə transfer edildiyi “Çelsi” onunla müqaviləni birtərəfli şəkildə pozub. Onun cəzası isə ağır olub. Adrian 7 ay yaşıl meydanlardan uzaqlaşdırılıb. London klubu ilə heç də xoş olmayan formada ayrılıb. “Çelsi” və futbolçu arasında uzun müddət məhkəmə çəkişməsi olub.

Elə həmin il həyat yoldaşından boşanan futbolçu heç də normal həyat sürməyib. Mutu bununla futbolçu karyerasını məhv edib. Rumıniyada deyirlər ki, “briliant” (ləqəbi belədir) normal həyat yaşasaydı, bəlkə də Hacidən də böyük futbolçu ola bilərdi. Ancaq o, meydandan kənar amillərlə bunun qarşısını alıb.

2017-ci ildə 38 yaşında “Tarqu”da karyerasını başa vuran forvard bu klubda məşqçiliyə başlayıb. Bir müddət “Dinamo Buxarest”in baş meneceri olub. Onun fəaliyyəti cəmi 1 mövsüm çəkib. Məşqçi kimi də bir yerdə uzun müddət çalışmayıb. Çalışdırıcı kimi fəaliyyətə 2018-ci ildə “Voluntari”dən başlayıb. Daha sonra Rumıniyanın U-21 millisinin, “Əl Vahda”nın U-21 komandasına rəhbərlik edib. Ardınca vətənə dönən Mutu bir müddət “Universitatya Krayova”da fəaliyyət göstərib. O, son olaraq Buxarest “Rapid”ində çalışıb. Yəni “Neftçi” ona dəvət göndərənə kimi. “Ağ-qaralar”ın 650 min avroluq təklifini geri çevirə bilməyib.

Göründüyüz kimi, Adrianın Mutunun adı böyük səslənsə də, karyerası elə də yaxşı deyil. Məşqçi kimi isə bir yerdə 2 il çalışmayıb və sözünü deməyib. Maraqlıdır ki, onu “Neftçi” rəhbərliyi deyil, klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf baş məşqçi postuna gətirib. Sual yaranır: hansı əsaslarla narkoman “Neftçi”yə layiq görülüb?(Aut.az)

Poliqon.info