Zaxarova: BMT taxıl sazişinin Rusiyaya dair hissəsini həyata keçirə bilməyib

BMT taxıl müqaviləsinin Rusiya hissəsinin həyata keçirilməsinin öhdəsindən gələ bilmədi...

APA-nın məlumatına görə, belə bir açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

"BMT aydın başa düşür ki, onlar təklif etdikləri paket sazişinin həyata keçirilməsi üzrə işlərində uğursuz olublar", - Zaxarova TASS-a bildirib.

O, təəssüflə bildirib ki, həm BMT-dən asılı olan, həm də asılı olmayan bir sıra səbəblər təşkilata bu vəzifənin öhdəsindən gəlməyə imkan vermir.

İyulun 7-də BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin müddətinin uzadılmasına çağırıb. Daha əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun üçün heç bir əsasın olmadığını bildirib.

Poliqon.info