Zaqatalada xəstəxanada ölən 11 yaşlı qızla bağlı bəzi təfərrüatlar məlum olub- Yenilənib

Zaqatalada xəstəxanada ölən 11 yaşlı qızla bağlı bəzi təfərrüatlar məlum olub...

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, əslən İmişli rayonundan olan 11 yaşlı Dəniz Elnur qızı Nuri ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb. Zaqatalaya gəlməzdən əvvəl onlar Tovuz və Şəki rayonlarında olublar. Zaqatalaya gəlməzdən əvvəl D. Nurinin səhhətində olan problemlərlə bağlı Tovuz və Şəki rayonlarının xəstəxanalarına müraciət olunub. Daha sonra D. Nuri və ailəsi Zaqatalanın Bəhmətli kəndinə qonaq gəliblər. Bu gün saat 11 radələrində D. Nurinin səhhətində olan problemlərlə bağlı ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcilli yardım şöbəsinə müraciət olunub. Uşaq xəstəxanaya daxil olduqdan 20-25 dəqiqə sonra bioloji ölüm qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

11 yaşlı İmişli sakini Zaqatalada zəhərlənmədən ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, İmişli rayon sakini, 2012-ci il təvəllüdlü Dəniz Nuri Elnur qızı zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi xəstəxanasına daxil olub.

O, tibbi müdaxilələrə baxmayaraq, orada vəfat edib.

Poliqon.info