Üç ölkə Rusiya və Belarusdan gələn təhlükəyə görə NATO-dan kömək istədi...

Litva, Polşa və Latviya prezidentləri Gitanas Nauseda, Anjey Duda və Egils Levits NATO-nun Baş katibi Yens Stoltenberqə məktub göndərərək, Rusiyanın təcavüzündən yaranan təhdidlərə və Belarusda dəyişən vəziyyətə qarşı tədbirlər görülməsinə çağırıblar...

Poliqon xəbər verir ki, bu barədə Litva prezidentinin saytında məlumat verilib.

Üç dövlətin başçıları Rusiya ilə Belarus arasında əməkdaşlığın təkcə regionun deyil, həm də Avro-Atlantik məkanın təhlükəsizliyinə xələl gətirdiyinə diqqət çəkirlər. Belarusun ərazisi və resursları Rusiya tərəfindən Ukraynaya qarşı qəddar və qeyri-qanuni işğalçılıq müharibəsi aparmaq üçün istifadə olunur ki, bu da iki ölkənin getdikcə daha sıx hərbi inteqrasiyasından xəbər verir.

“Bunun son təzahürləri Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsidir ki, bu da Ukraynadakı müharibə kontekstində vəziyyəti daha da gərginləşdirir və cəmiyyətimizin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bu, NATO və Rusiya arasındakı Əsas Aktın Rusiya tərəfindən növbəti dəfə kobud şəkildə pozulmasıdır ki, bu da sənədin qüvvəsini itirdiyini açıq şəkildə göstərir”, deyə məktubda deyilir.

Bundan əlavə, prezidentlər Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının və onun lideri Yevgeni Priqojinin Belarusa yerləşməsinin həmin ölkənin siyasi sabitliyinə təhlükə yaradacağını, həmçinin adi və nüvə silahları üzərində potensial nəzarəti itirəcəyini qeyd ediblər.

Litva, Polşa və Latviya prezidentləri qeyd edib ki, Rusiyadakı uğursuz üsyandan sonra bir qrup Priqojin muzdlusunun Belarusa gəlməsi də Belarusun Avropa İttifaqı sərhədlərində yeni kütləvi miqrasiya dalğası və humanitar böhran təşkil etmək səylərini yeniləmək üçün stimul ola bilər.

“NATO-nun Vilnüs sammiti ərəfəsində bizə həmrəylik və birlik lazımdır ki, 360 dərəcə yanaşma prinsipi ilə bütün təhlükələrlə üzləşə bilək. O cümlədən Belarusdakı son hadisələrin yaratdığı təhlükələri önləyə bilək. Biz Rusiyaya göstərməliyik ki, bu təhdidləri görürük, başa düşürük və onlara qarşı mübarizə aparmaq üçün bütün mümkün tədbirləri görməyə hazırıq”, deyə üç ölkə lideri bildirib.

Onlar həmçinin qeyd ediblər ki, Belarus xalqına NATO-dan Rusiyanın iradəsindən və Kremldəki daxili çəkişmələrdən asılı olmayan demokratik, sabit və firavan Belarus vizyonunun Alyans üçün vacib olduğuna dair aydın siqnal lazımdır. Müvafiq olaraq, "təkcə müttəfiqlərin təhlükəsizliyini artırmayacaq, həm də Belarus xalqının demokratik istəklərinə cavab verəcək" deyilib ardıcıl beş hərəkət təklif olunur.

Məktubda belə hərəkətlərin adları çəkilir: nüvə silahlarının qarşısının alınması və onun yeni reallığa uyğunlaşmasının nəzərdən keçirilməsi; Alyansın hərbi adaptasiyası prosesinə Belarusdan gələn adi təhlükələrin daxil edilməsi; sursat və silahların Alyansın şərq cinahında erkən yerləşdirilməsi; müdafiə xərclərinin ÜDM-in 2%-dən çox artırılması və bu prosesin NATO prioritetləri ilə əlaqələndirilməsi; müttəfiqlərin hibrid təhdidlərə qarşı müqavimətini artırmaq.

Poliqon.info