FHN Lənkəranda yanan obyektlə bağlı yekun məlumat yayıb - Foto, Yenilənib

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hoteldə yanğın başlayıb...  

FHN Lənkəranda yanan obyektlə bağlı yekun məlumat yayıb.

FHN-dən Poliqon-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” çay evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində vətəndaşa məxsus birmərtəbəli mansard tipli çay evinin mansardında baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650m² olan çay evinin taxta konstruksiyalardan ibarət mansardı 150m² sahədə yanıb. Çay evinin böyük hissəsi və ərazidəki digər tikililər yanğından mühafizə olunub.

***

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelindədə baş vermiş yanğın söndürülüb.

Bu barədə Poliqon-a FHN-dən məlumat verilib.

Xəsarət alan yoxdur.

***

“Report”un cənub bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın davam edir.

##galery##

Poliqon.info