Qoşulmama Hərəkatı ölkələrinin bölgədəki proseslərlə bağlı obyektiv mövqeyi olacaq?

Qoşulmama Hərəkatının toplantısında Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu...

Politoloq: “Qoşulmama hərəkatının aparıcı qüvvəsinə çevrilən Azərbaycanın bu hərəkatda söz sahibi olduğu açıq görünür”.

“Azərbaycan həqiqətlərinin dünyanın əksər ölkələrinin iştirak etdiyi bu təşkilat üzvlərinə çatdırılması artıq o qədər də problem təşkil etmir. Üzv ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və onun yanındadırlar”.

Bu sözləri politoloq Azər Qasımov Qoşulmama Hərəkatının növbəti toplantısından sonra üzv ölkələrin bölgədəki proseslərlə bağlı olacaq mövqelərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Görüşdə iştirak edən Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub. O cümlədən, qeyd edib ki, mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.

Prezidentin çıxışlarından sonra Qoşulmama Hərəkatı ölkələrində bölgədəki proseslərlə bağlı daha obyektiv fikir formalaşmasında hansı irəliləyişlər ola bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Müstəmləkəçilik, assimilyasiya kimi məsələlərin üstünlük təşkil etməsi bir daha onu göstərdi ki, Azərbaycanın sədrlik və öncülük etdiyi təşkilat artıq elə bir səviyyəyə çatıb ki, bu kimi tarixi haqsızlıqlara son qoymaq uğrunda mübarizə aparır”.

Azərbaycanın Ermənistanla mövcud olan probleminin mahiyyəti və gedişatının hərəkatın üzv ölkələrinə çatdırılmasının artıq elə də çətin olmadığını düşünən politoloq Poliqon-a bildirib ki, hərəkat üzvləri neçə illərdir ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyir:

“Qoşulmama hərəkatının aparıcı qüvvəsinə çevrilən Azərbaycanın bu hərəkatda söz sahibi olduğu açıq görünür. Dünya siyasi arenasında güclü təşkilata çevrilən Qoşulmama hərəkatı üzv ölkələrin bir-birilərinə dəstək verməsi baxımından önəmlidir.

Bu dəfəki tədbirdə gündəlikdə olan məsələlərin əslində çox böyük tarixi problem olan müstəmləkəçilik, assimilyasiya kimi məsələlərin üstünlük təşkil etməsi bir daha onu göstərdi ki, Azərbaycanın sədrlik və öncülük etdiyi təşkilat artıq elə bir səviyyəyə çatıb ki, bu kimi tarixi haqsızlıqlara son qoymaq uğrunda mübarizə aparır.

Azər Qasımov: “Mina problemi əslində insanlıq üçün olan problemdir və bu məsələdə tək hərəkat üzvlərinin yox, bütün dünyanın Azərbaycanın yanında olması gərəkdir və mütləqdir”.

Deyilənlərin fonunda Azərbaycan həqiqətlərinin dünyanın əksər ölkələrinin iştirak etdiyi bu təşkilat üzvlərinə çatdırılması artıq o qədər də problem təşkil etmir. Üzv ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və onun yanındadırlar. Mina problemi əslində insanlıq üçün olan problemdir və bu məsələdə tək hərəkat üzvlərinin yox, bütün dünyanın Azərbaycanın yanında olması gərəkdir və mütləqdir.

Azərbaycanın Ermənistanla mövcud olan probleminin mahiyyəti və gedişatının hərəkatın üzv ölkələrinə çatdırılması artıq elə də çətin deyil. Hərəkat üzvləri neçə illərdir ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və onun yanında olduqlarını bildirirlər”.

Nərminə UMUDLU Poliqon.info