Zelenski: “Biz həyat uğrunda mübarizə aparırıq, döyüşmək istəsəydik, artıq Rusiyadaydıq”

“Ukrayna sağ qalmaq və həyatını bərpa etmək üçün kömək istəyir. Sadəcə döyüşmək istəsəydik, artıq Rusiyada olardıq”.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstanda mətbuat konfransında deyib.

"Tərəfdaşlarımızla bəzi rəqəmlər haqqında danışırıq və Bolqarıstan da istisna edilmir. Yardıma görə minnətdarıq. Bu, böyük köməkdir. Müharibənin nə olduğunu anlayırsınızmı?", - Zelenski deyib.

Prezidentin sözlərinə görə, Ukrayna ona görə döyüşür ki, sadəcə öz həyatını bərpa etmək istəyir, sağ qalmaq istəyir, ona görə də tərəfdaşlarından kömək istəyir.

Volodimir Zelenski iyulun 6-da Bolqarıstanın paytaxtı Sofiyaya rəsmi səfərə gedib. Dövlət başçısı Bolqarıstanın Baş naziri Nikolay Denkov ilə danışıqlar aparıb, Prezident Rumen Radev, rəsmi şəxslər, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşüb.

Poliqon.info