Yeni şeirlər: «Kölgəmə söykənib susuz başdaşım...»

***...yiyəsiz bir evə vurulub külək,bir qapı izi var biləklərində.Kim bilir, bəlkə də bir gün, nə vaxtsaqapısı döyülüb küləklərin də...

Qaşları mamırlı həmin qız evdə,küləklə məktublaşır divar saatı...İllərdi bu evdə yaz çiçəkləmir,bu evin nəbzindən qopar, saatı.

...vurulduğu evə gəlib bu külək,sevdiyi şəkili görməyə gəlib.Kim bilir, kim bilir, elə bəlkə dəbu külək bu evdə ölməyə gəlib.

...yiyəsiz bir evə vurulub külək,bir qapı izi var biləklərində.

***(Paşa Talıblı uşaqlığına...)

De, hardasan göz yaşımın yaddaşı?Çıxıb gedən ayaq izim dönmədi.Kölgəmə söykənib susuz başdaşım...Şəklim döndü, gülər üzüm dönmədi.

...al Günəşin sazağında uyudum,uzaqların qucağında böyüdüm.Mən Tanrının ocağında su yudum,çox sızladım sızım-sızım, dönmədim!

Biləmmədim kim mayadı, kim sədəf...Bu oyunda mən saz idim, kimsə dəf!Anlamadı məni yaradan kimsə də,çıxıb gedən alınyazım dönmədi.

Tural Turan

Poliqon.info