Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazandılar

Batut gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Santarem şəhərində keçirilən “ScalabisCup” beynəlxalq turnirində gümüş medal qazanıb...

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Hüseyn Abbasovdan ibarət kollektiv komanda hesabında ikinci yeri tutub.

Yığmanın digər üzvləri Hüseyn Abbasov, İbrahim Mustafazadə və Fərhad Mustafayev isə finala vəsiqə qazanıblar.

Poliqon.info