"Mühacirət dayandırılmazsa, İsveçrə zorakılıq xaosuna qərq olacaq" - UDC partiyası

Deputat Andreas Qlarner hesab edir ki, İsveçrədə xaosun qarşısını almağın yeganə yolu kütləvi immiqrasiyanı dayandırmaqdır.....

"Ölkədə immiqrasiya və sığınacaq verilməsi dayandırılmasa, İsveçrə də Fransa kimi kütləvi zorakılıqla üzləşəcək".

Poliqon xəbər verir ki, bu barədə İsveçrə parlamentindəki ən böyük partiya olan Mərkəzin Demokratik İttifaqının (UDC) saytında dərc olunan bəyanatda bildirilir.

“Lozanna nümunəsi bizim ölkədə də vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir: orada gənclər də Fransada baş verənlərdən “ruhlanıb” polisə, maddi dəyərlərə qarşı kütləvi zorakılıq ediblər. Sığınacaq axtaranların axını dayandırmasaq, vəziyyət daha pis olacaq", deyə sənəddə bildirilir.

UDC deputatı Andreas Qlarner hesab edir ki, Fransada vəziyyət “vətəndaş müharibəsinə yaxındır” və İsveçrədə bunun qarşısını almağın yeganə yolu kütləvi immiqrasiyanı dayandırmaqdır:

"Sığınacaq xaosuna indi son qoymasaq, İsveçrəmizi itirəcəyik".

Poliqon.info