Berluskoni 33 yaşlı sevgilisinə 100 milyon avro vəsiyyət edib

İtaliyanın keçmiş baş naziri və “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni 33 yaşlı sevgilisi Marta Faşinaya 100 milyon avro vəsiyyət edib...

Poliqon xəbər verir ki, bu barədə Ansa Agentliyi məlumat yayıb.

"İrəli İtaliya" partiyasından deputat olan və siyasətçinin son sevgilisi Faşinadan başqa, Berluskoninin kiçik qardaşı Paolo 100 milyon avro miras alıb. Sahibkar və Berluskonin yaxın dostu Marsello Dell Utri 30 milyon avro alacaq.

Del Utri mafiya ilə bağlı 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının bir hissəsini dəmir barmaqlıqlar arxasında çəkib, sonra səhhətinə görə ev dustaqlığına buraxılıb. Dövlətin mafiya ilə sövdələşməsinə dair daha bir səs-küylü məhkəmə prosesində keçmiş senator bəraət alıb. Buna baxmayaraq, o, Berluskonini mafiozlarla bağlayan şəxs adlandırırlar.

"Mediaset" media şirkəti və "Mondadori" nəşriyyatına nəzarət edən "Fininvest" ailə holdinqinin nəzarət paketi Berluskoninin birinci evliliyindən - Karla Elviradan olan övladlarına - holdinqin prezidenti olan Marina və "Mediaset"ə rəhbərlik edən Piersilvioya keçdi. Onların payı 53%-ə çatır. İkinci evlilikdən olan uşaqlar - Eleanor, Barbara və Luici şirkətdə bərabər pay alırlar.

Poliqon.info