Zaqatalada 75 yaşlı kişi intihar edib

Zaqatalada intihar hadisəsi baş verib
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Suvagil kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Zübahir Qurbanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.