Bu il Türkiyə ordusu Suriya və İraqda 800-ə yaxın terrorçunu məhv edib

Bu il yanvar ayının 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 794 terrorçunu məhv edib...

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, terrorçular 19-u genişmiqyaslı olmaqla ümumilikdə 320 əməliyyat çərçivəsində zərərsizləşdiriliblər.

Poliqon.info