Ukraynaya hərbi yardım qışa nisbətən xeyli azalıb...

“Ukraine Support Tracker” və “Oryx” məlumatlarının təhlilinə görə, Ukraynanın tank parkı keçən il işğal başlayandan bəri artıb, Rusiyanın itkisi isə iki dəfə artıb..

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Münaqişə başlayandan bəri müttəfiqlər Kiyevə 471 yeni tank çatdırıblar, daha 286 maşın isə hələ gəlməyib. “Oryx”ə görə, müharibənin əvvəlindən 2082 rus tankı məhv edilib, zədələnib və yaxud Ukrayna ordusunun əlinə keçib.

“Oryx” bildirir ki, Moskva 3417 tankla işğala başlayıb. Ancaq Bloomberg qeyd edir ki, bu məlumatlar qeyri-dəqiq ola bilər, çünki ölkələr itkilərin açıqlamır və məlumatlar açıq mənbələrdən toplanır.

Ekspertlərin fikrincə, ağır silahların balansının dəyişdirilməsi vacibdir, lakin bu, əks-hücum üçün həlledici rol oynamır. Rusiya qoşunları Ukraynanın əks-hücumuna yaxşı hazırlanıb və Ukrayna Silahlı Qüvvələri güclü texniki üstünlüyə ehtiyac duyur. Əks təqdirdə irəliləmək cəhdləri böyük itkilərlə başa gələ bilər.

Fevralın 25-dən mayın 31-dək Kiel Dünya İqtisadiyyatı İnstitutunun yenilənmiş məlumatlarına görə, Ukraynaya olunan hərbi yardım qışa nisbətən xeyli azalıb. Bu müddət ərzində hərbi yardımların ümumi məbləği 9 milyard avro təşkil edib

Poliqon.info