Bakıda məişət tullantıları olan ərazi yanır - Yenilənib

Bakıda boş ərazidə yanğın başlayıb...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları və quru ot iki hektar sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı və ətraf ərazilər yanğından mühafizə olunub.

***

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, ərazidə quru ot və məişət tullantıları yanır.

Poliqon.info