Tramp 2028-ci il seçkiləri barədə danışıb...

ABŞ-ın sabiq prezidenti Respublikaçılardan özünün əsas rəqibi olan Ron DeSantisin 2028-ci il üçün şanslarını itirdiyini yazıb...
“Florida qubernatoru Ron DeSantis 2024-cü il prezidentlik yarışına girərək 2028-ci ildə potensial prezidentlik perspektivlərinə ciddi zərbə vurub”.

Poliqon xəbər verir ki. bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp iyulun 5-də özünə məxsus olan Truth Social-da yazıb.

“Ron DeSanktimonius Nyu-Hempşirdəki dünənki çıxışından sonra tamamilə əzildi”, deyə Tramp paylaşımında bildirib.

“Heç bir izdiham, həvəs yoxdur, maraq yoxdur. Onun kampaniyası tam bərbad vəziyyətdədir. 2028-ci ildə şanslarını çox pis incitdi. Görürsən, Vətənpərvərlərə sədaqət önəmlidir!”, deyə Tramp rəqibini alçatmağa çalışıb.

Poliqon.info