Bazar ertəsi qlobal orta temperatur rekord qırıb...

Qlobal orta temperatur demək olar ki, 17,2°C-yə çatıb ki, bu da 2016-cı ilin avqustunda müəyyən edilmiş 16,9°C-dən bir qədər yüksəkdir...

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyinin məlumatında bildirirlir. Nəşr yazır ki, bu yay istilik dalğası artıq dünyada milyonlarla insanı təhlükə altına qoyub.

Agentlik qeyd edir ki, Pekində temperatur rekordları qırdıqdan iki həftə keçməmiş Çində yeni istilik dalğası yaşanır. Keçən ay Hindistanda baş verən həddindən artıq istilər ölkənin bəzi kasıb bölgələrində ölümlərə səbəb olub.

Bloomberg yazır ki, təhlükəli istilik dalğası keçən həftə Texas və Meksikanın şimalını vurub və Böyük Britaniya tarixində ən isti iyun ayını yaşayıb. El Niño isə fenomeni temperatur rekordlarının qırılma ehtimalını artırır.

Alimlərin pronozuna görə qlobal istiləşmə qısa müddətdə 1,5°C-dən çox arta bilər. Nəşr qeyd edir ki, əgər dövlətlər ilin sonunda Dubayda keçiriləcək COP28 sammitində razılığa gələ bilməsələr, o zaman bəzi ölkələr, xüsusən də kiçik adalar çoxtərəfli iqlim prosesinə şübhə etməyə başlayacaqlar.

Poliqon.info