Səfir: "Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur"

Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur...

"Report" xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.

"Avropa İttifaqı regionumuzda yeni reallıqları qəbul etməlidir, qeyri-müəyyənlik dövrü arxada qalıb", - paylaşımda deyilir.

Səfir qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək.

Poliqon.info