AVRO-2024-ün maskotunun adı açıqlanıb

Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi masqotunun adı açıqlanıb...  

"Report"un UEFA-nın saytına istinadən məlumatına görə, oyuncaq ayı olan talismana "Albert" adı verilib.

Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.

Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Poliqon.info