Nazim Bəydəmirlini 10 ilədək həbs cəzası gözləyir

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən sabiq deputat, iş adamı Nazim Bəydəmirlini 10 ilədək həbs cəzası gözləyir...

Pravda.az-ın xəbərinə görə, bu gün Nərimanov Rayon Məhkəməsi N.Bəydəmirli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Sabiq deputat Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə ilə təqsirli bilinir. Maddəyə əsasən, onu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd: Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Poliqon.info