Zelenski yeni hökumətin dəvəti ilə Bolqarıstana səfər edəcək...

Bolqarıstanın Ukraynaya silah tədarükü ilə bağlı mövqeyi 2023-cü ilin iyun ayının əvvəlində yeni hökumətin seçilməsi ilə kəskin şəkildə dəyişib...

Ukrayna prezidenti Vladimir Zelenski Bolqarıstan hökumətinin dəvəti ilə cümə axşamı Bolqarıstana ilk səfərini edəcək və bu, Sofiyanın indiyədək Kiyevə göstərdiyi hərbi yardıma görə minnətdarlıq əlaməti hesab olunur.

Poliqon xəbər verir ki, bu barədə Euractiv portalı məlumat yayıb. Portal yazır ki, Zelenskinin səfəri Avropayönlü yeni hökumətin seçilməsi ilə Bolqarıstanın xarici siyasətində dəyişikliyə işarədir.

Qeyd edək ki, Sofiyanın bitərəf mövqeyi Rusiyanın Ukraynaya təcavüzünün ilk aylarında hökumətdə rusiyayönlü Bolqarıstan Sosialist Partiyasının olması ilə izah edilib.

Poliqon.info