“Nar” gəncləri nitq bacarıqlarını gücləndirməyə dəvət edir
Mobil operatorun dəstəyi ilə həyata keçirilən "Ana dilində hekayəni danış" natiqlik çempionatı 3 tur və final mərhələsindən ibarətdir. Üç ay davam edəcək müsabiqədə iştirakçılara hərtərəfli natiqlik təlimləri keçiriləcək və ünsiyyət bacarıqlarını inkişaf etdirmələri üçün şərait yaradılacaq. Çempionatın qalibləri isə 1 avqustda keçiriləcək tədbirdə elan olunaraq dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Dilin nəsillər arasında körpü və mədəni ifadə vasitəsi kimi gücünə inanan “Nar” ana dilimizin inkişafına yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə fəal töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.
Poliqon.info