Zaxarova: Kiyev Zaporojye AES-də bütün dünyaya təsir edəcək terror aktı planlaşdırır...

Rusiya Xarici İşlər Nazirliyi Zelenskini Zaporojye AES-də terror aktı planlaşdırmaqda ittiham edib...
“Kiyev Zaporojye AES-də bütün dünyaya təsir edəcək terror aktı planlaşdırır”.

Poliqon xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.

Zaxarova hücumun təşkilində birbaşa Ukrayna prezidenti Vladimir Zelenskini ittiham edib.

“Planetin elə bir küncü yoxdur ki, bu fəlakət təsir göstərməsin. Çünki atmosfer, Dünya Okeanı kimi faktorlar var. Eyni zamanda bura kənd təsərrüfatı məhsullarını da əlavə etməliyik. Əgər belə bir şey olarsa, bu, hər şeyə təsir edəcək: havaya, suya və qidaya”, deyə Zaxarova bildirib.

Qeyd edək ki, bundan əvvəl Rosenergoatom rəhbərinin müşaviri Renat Karçaa Kiyevin Zaporojye AES-də təxribat hazırladığını açıqlamışyıb.

Karçaa qeyd edib ki, Ukrayna hərbçiləri tərəfindən Cənubi Ukrayna AES-dən çıxarılan radioaktiv tullantılarla doldurulmuş döyüş başlığı ilə “Toçka-U” raketindən Zaporojye AES-ə zərbə endirilə bilər.

Poliqon.info