Maya Sandudan Gürcüstan hakimiyyətinə çağırış...

Moldova prezidenti Maya Sandu Gürcüstan hakimiyyətini həbsdə olan eks-prezident Mixeil Saakaşvilinin müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıb...

Poliqon xəbər verir ki, prezident bu barədə Twitter səhifəsində yazıb.

“Mən Mixeil Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki görüntülərdən çox narahatam. Biz Gürcüstan hakimiyyətini onun vəziyyətinə diqqət yetirməyə və təcili olaraq xaricdə həyati əhəmiyyətli tibbi müalicəyə çıxışını təmin etməyə çağırırıq”, deyə Sandu bildirib.

İyulun 3-də Saakaşvili onlayn formatda keçirilən məhkəmə iclasında iştirak edib. O, həbsxanada qaldığı müddətdə nə qədər arıqladığını nümayiş etdirib.

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinin Ukrayna vətəndaşı Saakaşviliyə qarşı hərəkətlərindən hiddətləndiyini bildirib. Dövlət başçısı Gürcüstanın Kiyevdəki səfirinə ölkəni tərk etmək üçün vaxt verib.

Poliqon.info