Almaniya 2022-ci ildə 8,36 milyard avroluq hərbi texnika ixrac edib

Almaniya 2022-ci ildə hərbi texnikanın ixracı üçün 2021-ci ildəki 9,35 milyard avroya qarşı 8,36 milyard avro dəyərində lisenziya verib...

Poliqon xəbər verir ki, bu barədə İqtisadiyyat və Ətraf Mühit Nazirliyindən bildirilib.

Lisenziyaların əksəriyyəti silahların tərəfdaş ölkələrə və Ukraynaya ixracı üçün verilib.

Avropa İtiifaqı ölkələri, NATO və ekvivalent ölkələr, Ukrayna və Cənubi Koreya üçün lisenziyalar verilən bütün lisenziyaların 90%-ni təşkil edib. Onların ümumi məbləği 7,54 milyard avro təşkil edib ki, bunun da təxminən 2,24 milyard avrosu Ukrayna üçün nəzərdə tutulub.

Hərbi silahların ixracı üçün lisenziyaların məbləği 3,96 milyard avro, digər hərbi texnika üçün isə 4,4 milyard avro təşkil edib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Almaniya silah transferinə görə dünyada beşinci yerdədir. 2018-2022-ci illərdə dünya üzrə tədarük edilən bütün silahların 4,2%-i bu ölkənin payına düşüb.

Poliqon.info