Abşeronda zəlzələ

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ bu gecə yerli vaxtla saat 23.13.04-də (Qrinviç vaxtı ilə 18.13) Abşeron yarımadasının şimal sahillərində qeydə alınıb. 17 km dərinlikdə baş verən yeraltı təkanların 3.0 bal gücündə olduğu bildirilir. Zəlzələ hiss olunmayıb.