Ukraynanın əks-hücumu niyə ləng gedir?...

Ukraynanın cənubunda əks-hücuma sıx minalanmış sahələr mane olur. Ukrayna qüvvələri ehtiyatla irəliləyir, güclü müdafiə və hava hücumları ilə üzləşir...

Poliqon xəbər verir ki, bu barədə CNN yazır.

Nəşr qeyd edir ki, səylərə baxmayaraq, əks-hücumun uğurları kilometrlərlə deyil, metrlərlə ölçülməsi Ukraynanın qərb müttəfiqlərini narahat edir. Amrikanın Müharibə Araşdırmaları İnstitutu vurğulayır ki, çoxsaylı müdafiə xətləri cəbhənin strateji sektorlarını mühafizə edir və bu, Ukrayna qoşunlarının irəliləməsini çətinləşdirir.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli izah edir ki, döyüş meydanındakı çətin şəraiti nəzərə aldıqda əks-hücumun tempi təəccüblü görünmür.

Millinin sözlərinə görə, ukraynalılar çətin ərazilərdən keçsələr də, hücum ardıcıl şəkildə davam edir. Mövcud vəziyyətə baxmayaraq, Ukrayna rəsmiləri əks-hücumun əsas istiqamətinin hələ qarşıda olduğunu vurğulayırlar. Onlar əsas qüvvələri ehtiyatda saxlayırlar və əsas hücumdan əvvəl rus qüvvələrini tükəndirmək üçün kiçik hücumlar həyata keçirirlər.

Volodimir Zelenski də ehtiyatlı yanaşmanı qeyd edir, çünki ərazinin hər metri və kilometri insan həyatı bahasına başa gəlir. General Milli əks-hücumun 10 həftəyə qədər davam edəcəyini gözlədiyi üçün müşahidəçiləri səbirli olmağa çağırır.

“Hərbi əməliyyatlar çətin, uzun və qanlı olacaq və qarşıda duran çətinliklərlə bağlı heç bir illüziya yoxdur. Zelenski addım-addım da olsa, irəliləyişin əldə olunduğunu söyləyərək qətiyyətini qoruyur”, deyə CNN yazır.

Poliqon.info