Netanyahu: İsrailliləri öldürən hər kəs, ya həbsxanada, ya da məzarda olmalıdır...

İsrailin hökümət başçısı Cenin əməliyyatının məqsədlərinə çatana qədər davam edəcəyini deyib...

Poliqon xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə ABŞ səfirliyində keçirilən tədbirdə bildirib. Baş nazir qeyd edib ki, bu saatlarda İsrail qüvvələri “terrorçuların sığınacağına çevrilmiş” İordan çayının qərb sahilindəki Cenində qətiyyətlə əməliyyatı davam etdirirlər.

Çıxışı zamanı Netanyahu bildirib ki, İsrailliləri öldürən hər kəs, ya həbsxanada, ya da məzarda olmalıdır.

İsrailin baş naziri vurğulayıb ki, Cenində “Ev və Bağ” antiterror əməliyyatı “vəzifə tamamlanana qədər” davam edəcək.

Netanyahu həmçinin qeyd edib ki, Cenindəki İsrail qüvvələri “terrorçuları həbs edir, onların qərargahını və anbarlarını məhv edir”.

Xatırladaq ki, bazar ertəsi gecə İsrail ordusu fələstinli yaraqlıların bazalarına ondan çox hava zərbəsi endirib. Bundan əlavə, İsrail təhlükəsizlik qüvvələri əməliyyat bölgəsində bir raketatan qurğu, silah və sursat müsadirə edib.

Poliqon.info