"Neftçi"nin legioneri: "Bu turnir gücümüzü sınamaq üçün əla fürsətdir"

Futbolçu bunu yerli mətbuata açıqlamasında deyib...

"Bu turnir səviyyəli komandalara qarşı gücümüzü sınamaq üçün əla fürsətdir".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Match TV" turnirində "Zenit"ə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Fransalı hücumameylli yarımmüdafiəçi ilk hissədə daha yaxşı oynadıqlarını bildirib: "Amma fasilədən sonra vəziyyət dəyişdi. Rəqib meydandakı hərəkətinə enerji əlavə etdikdən sonra oyun bizim üçün çətinləşdi".

Qeyd edək ki, "Neftçi" turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın "Srvena Zvezda", 15-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək.

Poliqon.info