“Deputat maaşı ilə dolanan deputat yoxdur“

"Deputatlar arasında qanunvericilik hakimiyyətinin nə olduğunu bilməyən onlarla deputat var"
Parlamentin Sosial siyasət Komitəsinin sədri hadı Rəcəblinin "aldığım maaş mənə çatmır" açıqlaması gündəmi məşğul etdiyi bir vaxtda bir sual aktuallıq qazanıb.Milli Məclisdə ancaq deputat maaşı ilə dolanan deputat sizcə kimlərdir?Moderator.az bu suala Milli Şuranın üzvü, tanınmış hüquqşünas Namizəd Səfərovdan cavab istəyib.O isə ad çəkmək əvəzinə maraqlı fikirlər səsləndirib:"Deputat maaşı ilə dolanan deputat yoxdur. Deputatların ən azı 90 % orta səviyyəli biznes fəaliyyəti ilə məşğuldurlar.Yəni istehsal sahələri və obyektlərə malikdirlər. Deputatların birbaşa vəzifələri olan qanunvericilik fəaliyyəti onların həyatında sonuncu yeri tutan fəaliyyətə çevrilib. Deputatlar arasında qanunvericilik hakimiyyətinin nə olduğunu bilməyən onlarla deputat var. H.Rəcəblinin söylədiyi fikirlər ziddiyətlidir. Yəqin bununla demək istəyir ki, hər hansı biznes fəaliyyəti yoxdur. Ancaq o özü də bilmədən özü-özünü təkzib edib."