Rusiya kəşfiyyatının iddası: ABŞ Suriyada kimyəvi silahla təxribatlar hazırlayır...

Narışkinə görə, ABŞ prezidenti Co Bayden administrasiyası Ərəb Liqası-Suriya münasibətlərinin normallaşmasını pozmaq və Suriya rəhbərliyini nüfuzdan salmaq üçün əlindən gələni edir...

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, ABŞ Ərəb Liqası-Suriya münasibətlərinin normallaşması fonunda Suriya rəhbərliyini gözdən salmaq üçün kimyəvi silahla yeni təxribatlar hazırlayır.

Poliqon TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunda məlumat verilib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden administrasiyası Ərəb Liqası-Suriya münasibətlərinin normallaşmasını pozmaq və Suriya rəhbərliyini nüfuzdan salmaq üçün əlindən gələni edir. Xarici Kəşfiyyat Xidmətinin direktoru qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Vaşinqton müxtəlif təxribatlar, o cümlədən “kimyəvi zəhərli maddələrin istifadəsi ilə” hazırlaşır.

“Xarici Kəşfiyyat Xidmətində mövcud olan məlumatlara görə, onlardan istifadə metodologiyası 2023-cü ilin may ayında Suriyanın İdlib əyalətində MKİ-nin nəzarətində olan “Əl-Qaidə”nin yerli qanadlarının - “Xürrəsəddin” qruplaşması və Türküstan İslam Partiyasının ekstremistləri tərəfindən tətbiq edilib", deyə məlumatda bildirilir.

Bildirilir ki, İŞİD-ə zəhərli maddələrlə doldurulmuş döyüş başlıqları olan raketlər verilib.

Poliqon.info