Podolyak: “Vaqner” dörd hissəyə bölünəcək...

Vaqner” ÖHŞ dörd hissəyə parçalanacaq və kiçik bir qrup Belarusda xüsusi təyinatlılara təlim keçəcək...

Poliqon xəbər verir ki, bunu telemarafon zamanı Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Podolyak bildirib. Podolyakın sözlərinə görə “Vaqner” ÖHŞ son 10 ildə olduğu kimi fəaliyyət göstərməyəcək.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri “Vaqner”in 4 qrupa bölünəcəyini bəyan edib:

- Muzdluların bir hissəsi Rusiya Müdafiə Nazirliyi ilə müqaviləyə keçəcək və Ukraynaya qarşı döyüşəcək. Ola bilsin ki, onlar digər ÖHŞ-lərin tərkibində, ya da Müdafiə Nazirliyinin birbaşa tabeliyində vuruşacaqlar;

- Digər bir qrup isə Milli Qvardiyanınkomandanı Vladimir Zolotovla müqavilə bağlayacaq;

- Üçüncü hissə Afrikaya (Liviya, Suriya, Mərkəzi Afrika Respublikası, Mali, Çad) qayıdacaq, burada Rusiyanın bir sıra aktivlərinə nəzarət edəcək və biznes aktivlərini əldə saxlamağa çalışacaqlar;

- Qalan kiçik qrup isə Minskdə qalacaq və Belarus xüsusi təyinatlılarına təlim keçəcək.

Podolyak qeyd edib ki, Belarus prezidenti Lukaşenko daxili üsyanlardan qorxduğu üçün az sayda vaqnerçini əsasən özünün təhlükəsizliyinə cəlb edəcək.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Rusiyada hərbi çevriliş etməyə cəhd edbi və nəticədə Lukaşenkonun vasitəçiliyi ilə Putin və Priqojin arasında razılaşma ilə əldə olunub.

Poliqon.info