Mayk Pompeo: Priqojinin üsyanı rus oliqarxları arasında təlatüm yaradacaq...

Rusiya prezidenti Vladimir Putin “Vaqner” lideri Yevgeni Priqojini öz hakimiyyətinə təhlükə hesab edirdi və bu ona Kremlə qarşı çıxmağa əsas verirdi...

Poliqon “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.

“Putinə onun yüksək rütbəli hərbi rəhbərləri, general Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu deyiblər ki, Priqojin çox böyüyür”, deyə Pompeo bildirib.

“Və məncə, onlar onu sıxmağa və saxlamağa başladılar. Bu, onun xoşuna getmədi”, deyə Pompeo bildirib və əlavə edib ki, “Vaqner” rəhbərinin xəyanəti rusiyalı oliqarxlar arasında təlatüm yaradacaq:

“Necə ki, Çin prezidenti Si Szinpin həddini aşmış kommersiya müəssisələrinin rəhbərlərinin arxasınca getdi və o, öz hakimiyyətinə təhlükə hiss etdi, əminəm ki, Putin Priqojinin onun hakimiyyətini hədələdiyini düşünməyə başlayıb”.

Pompeo Putinin Priqojinin Rusiya ordusu ilə dərin əlaqələri olan qlobal özəl ordunun başçısı kimi eyni gücü başqa adamın qazanmasına imkan verəcəyinə inanmır.

Tramp administrasiyasının keçmiş yüksək rütbəli rəsmisi də Priqojinin Putinin yaxın müttəfiqi kimi əvvəlki nüfuz mövqeyinə qayıda biləcəyindən şübhə etdiyini deyb:

“Mən onun həyatını sığortaladığına inanmıram. Çətin ki, o, yenidən Vladimir Putinin rəğbətini qazansın”, deyə eks məmur bildirib.

Poliqon.info