Putin qiyamdan xəbərdar olub və dəstək verib?...

“Vaqner”ə yaxın mənbə Putinin qiyamdan xəbərdar olduğunu və dəstək verdiyini bildirib...

Putin Priqojinin qiyamından xəbərdar olub və bu qiyamı Şoyqu və Gerasimovdan qurtulmaq üçün fürsət olaraq görüb.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu Telegram kanalları yazıb. İddialara görə “Vaqner” ÖHŞ ilə əlaqəli mənbə bunu dəfərlərlə Priqojinin dilindən eşitdiyini bildirib.

“Priqojin dəfələrlə deyib ki, Putin “ədalət marşı”ndan xəbərdardır və hətta Şoyqunu, Gerasimovu və Baş Qərargahın bütün pisliyini işdən çıxarmaq üçün onu dəstəkləyir”, deyə mənbə bildirib.

Priqojinin sözlərinə görə, qiyam hakimiyyətdəki korrupsionerləri təmizləmək, bütün satqınları dağıtmaq və ölkəni qələbə üçün səfərbər etmək adına prezidentə kömək etmək üçün təşkil olunub.

“Onların (Müdafiə Nazirliyi və FTX) hamısı korrupsionerdir, hamısı büdcəni oğurlayır, Putini mühasirəyə alıb, ona fəaliyyət azadlığı vermir. Biz bu kanalizasiyanı təmizləyəcəyik, Putinə kömək edəcəyik, o, bizi Moskvada gözləyir”, deyə mənbə Priqojindən sitata gətirib.Bundan əlavə, mənbənin sözlərinə görə, Priqojin təxribatlara cavab verməməyi tələb edib, hakimiyyət və ya ordu ilə münaqişəyə girməyə cəhd edənləri güllələyəcəyinə söz verib.

“Hərçənd biz əsgərləri köməyə çağırmırıq, amma bəlkə bunu edəcəyik. Yerli hakimiyyət də bizim düşmənimiz deyil, vilayətlərdən onlar məsuliyyət daşıyırlar. Biz onlara toxunmuruq”, deyə Priqojin qiyam zamanı öz muzdlularına deyib.

Mənbə idda edib ki, Priqojin öz silahlılarından qubernatorlarla, bələdiyyə başçıları, polis, təhlükəsizlik işçiləri ilə tam təmasda olmağı əmr edib və tələb edib ki, asayiş qorunmalıdır.

Poliqon.info