Dənizkənarı Bulvarda kaktusların soyqırımı davam edir- Video

İnsanlar Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar...

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir vermirlər.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə müvafiq sorğu ünvanlanıb. Qeyd edək ki, bir müddət öncə də sözügedən ərazidəki dekorativ bitkilərə ziyan vurmaq məqsədilə, yarpaqlarını yandıran şəxsin görüntüləri yayılmışdı.

Həmin videogörüntüləri təqdim edirik:

Poliqon.info