Monteneqronun baş naziri Bakıdadır

Bu gün Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqronun Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Baş nazir Milo Cukanoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.