Məşhur müğənni 3000 dollar cərimələndi

Müğənni Teylor Svift Nyu-Yorkdakı evinin qarşısındakı zibilə görə 32 dəfə cərimələnib...

Axşam.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Sənətçi 2017-ci ildən 3 mərtəbəli taunhaus alandan bəri 32 dəfə, ümumilikdə isə 3000 dollar məbləğində cərimə olunub.

Ulduzun evinin yaxınlığından tapılan tullantılar arasında qalaq-qalaq qəzetlər, butulkalar, kartonlar, salfetlər, bükmələr, həmçinin siqaret qutuları da var.

Poliqon.info