Kuleba: “Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı”

Dmitri Kuleba “Politico”, “Bild” və “Welt”ə müsahibə verib...

“Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı”.

“Report” xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Politico”, “Bild” və “Welt”ə müsahibəsində deyib.

“Müharibənin sonunda Avropanın Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı, çünki bu, müharibə variantının açıq qalması deməkdir. Ukraynanın NATO-ya daxil olması Rusiyanı bir daha silahlı təcavüzü təkrarlamamağa məcbur edəcək.

Rusiyanın Avropaya və bütövlükdə Avro-Atlantik məkana qarşı təcavüzünün qapısını bağlamağın yeganə yolu Ukraynanı NATO-ya qəbul etməkdir, çünki Rusiya bu təcrübəni bir daha təkrarlamağa cəsarət etməyəcək”- deyə, o bildirib.

Poliqon.info