Rusiya-Azərbaycan sərhədindəki körpü təmir edildi

Azərbaycan-Rusiya sərhədini birləşdirən körpüdə təmir işləri görülüb
Amma bu, yeni körpünün inşası məsələsini gündəmdən çıxarmayıb.ANS TV-nin bölgə müxbirinin məlumatına görə, Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən, uzun müddətdir qəzalı olan Samur körpüsündə artıq müəyyən bərpa işləri görülüb. Körpünün qəzalı olan ağac tirləri dəmir materialı ilə əvəz olunub.Uzunluğu 204 metr olan, Samur çayı üzərində yerləşən körpünün Azərbaycan tərəfdəki 70 metrlik hissəsində bərpa işləri aparılıb. Bərpa işlərini aparan "EVROSKON" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti sahə rəisi Məzahir Dəmirov burada yeniləşmə işlərinin 3 ay ərzində aparıldığını bildirdi.Tikinti təşkilatı nümayəndəsi ərazidəki bərpa işlərinin müvəqqəti xarakter daşıdığını dedi. Onun sözlərinə görə, Azərbaycanla-Rusiyanı birləşdirən Samur körpüsünün yenilənməsinə ciddi ehtiyac var.