İrəvan “göz yaşlarına inanmır” - Paşinyan və nazirləri Araikin zənglərinə cavab vermir...

Erməni jurnalist İrəvanın Xankəndinin müraciətlərinə məhəl qoymamasından, onlarla ünsiyyətdən qaçmasından yazıb...
“İrəvanda Xankəndinin zənglərini qəbul etmirlər...”.

Poliqon xəbər verir ki, bunu Ermənistanın “Etk” nəşrinin baş redaktoru Edik Baqdasaryan sosial şəbəkədə yazıb.

Erməni jurnalist İrəvanın Xankəndidəki separatçı qurumun “başçılarının” müraciətlərinə məhəl qoymamasından, onlarla ünsiyyətdən qaçmasından gileylənib:

“Bu gün “artsax”dakı iki müxytəlif “vəzifəli şəxs”lə danışmışam. Onlar həddindən artıq üzgün idilər ki, Ermənistandakı vəzifəli şəxslər artıq onların zənglərinə cavab vermirlər. Mən başa düşürəm ki, onların deməyə sözü yoxdur və heç bir məsələni həll edə bilmirlər...”

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar bir neçə dəfə Qarabağı bütövlükdə Azərbacanın tərkib hissəsi kimi tanıdıqlarını bəyan edib. Lakin nə Xankəndində gizlənən separatçı qondarma qurum, nə də onların “sülhməramlı” havadarları bu reallıqla hələ ki, barışmaq istəmirlər.

Poliqon.info