Orqanizmin qocalmasını sürətləndirən qidalar

Dietoloq Vera Kurin orqanizmin qocalmasını sürətləndirən məhsulları açıqlayıb.

Poliqon.info lent.az-a istinadən xəbər verir ki, dietoloq bildirir ki, bol təzə bitki qidaları ilə balanslaşdırılmış pəhriz orqanizmin qocalmasını ləngidə bilər. 

Onun sözlərinə görə, sürətli karbohidratlarla şirniyyatlar nəinki artıq çəki və həzm problemlərinə səbəb olur, həm də qocalmanı sürətləndirir:

"Fakt budur ki, bu cür məhsullar kollageni məhv edir, qırışlara və dərinin sallanmasına səbəb olur. Bu qidalar həmçinin bədənin hüceyrələrini məhv edən, oynaqlara zərər verə bilən iltihab riskini artırır. Hazır qidalar eləcə də fast foodların tərkibində çoxlu konservantlar, boyalar və iltihaba səbəb olan, həm də qocalmanı sürətləndirən digər toksinlər, həmçinin trans yağlar var. Qırmızı ət xüsusilə 40 yaşdan sonra həftədə bir və ya iki dəfədən çox istehlak edilməməlidir. Mütəxəssislər də belə ətləri qızartmamağı məsləhət görürlər, çünki belə qida qocalma prosesini sürətləndirir, həmçinin xəstəliklərin inkişafına səbəb ola biləcək kanserogenləri ehtiva edir".

Poliqon.info