Ətin qiyməti artıb - Video

Alıcılar narazılıq edirlər, satıcılar isə vəziyyətdən razı görünürlər.

Poliqon.info Xəzər TV-yə istinadən bildirir ki,paytaxt ərazisindəki ət kəsim məntəqələrində canlanma müşahidə edilir.  Səhər saatlarında kəsiləcək heyvanlar müvafiq məntəqələrə gətirilib, dini qaydalar çərçivəsində kəsim işi həyata keçirilib. Alıcılar deyirlər ki, bu günlərdə ətin qiymətində xeyli artım müşahidə olunur.  

Bu məntəqələrdə diri heyvan kəsdirənlərlə yanaşı, kiloqramla "qurban əti" alanlar da çoxluq təşkil edir.

Heyvan kəsimi ilə məşğul olanlar bayram günlərində təlabatın çoxaldığını deyirlər. Əvvəlki günlərə nisbətən qiymətlərdə də artım müşahidə olunur.

Alıcılar isə ət qiymətlərinin daha çox artdığını deyirlər.

"Onlar bildirirlər ki, hətta diri heyvanlar 2 dəfədən çox bahalaşıb".

Bölgələrdə də Qurban bayramı günlərində qiymət artmı müşahidə olunur. Şəki sakinləri deyirlər ki, qurbanlıq üçün yalnız diri heyvan alaraq kəsdirirlər.

"Ətin qiymətinin bayramdan sonra enərək əvvəlki vəziyyətinə qayıdacağı gözlənilir."

"Qurban əti" adı altında kiloqramla satışa gəldikdə isə ilahiyyatçılar bunun doğru olmadığını bildirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Poliqon.info